06.07.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli yazar 5 il həbs cəzasını çəkmək üçün məhbəsə göndərilib
Azərbaycanlı milli-mədəni fəal, yazıçı Nağı ƏhmədiAzər Müqəddəm 5 illik həbs cəzasını çəkmək üçün zindana salınıb. O iyunun 23-də (tirin 2-də) həbs edilsə də xəbər yenicə yayılıb.
Azərbaycanlı fəal Təbriz inqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib və 10 il müddətinə Azərbaycan Cümhuriyyətinə səfər etməkdən məhrum olunub.
Hakimin elan etdiyi hökmə əsasən azərbaycanlı fəal “İranda Ermənistanın əleyhinə və Azərbaycan Cümhuriyyətinin lehinə casusluq etmək”də ittiham olunub. Fəal Azərbaycan Cümhuriyyətində bir sıra ədəbi tədbirlərdə iştirak etdiyinə görə belə bir ittihamla üzləşib.
ƏhmədiAzər 2009-cu il aprelin 4-də (1388-ci il fərvərdinin 15-də) yaxalanıb və 46 gün saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.
Azərbaycanlı yazıçının məhkəmə iclası qapalı keçirilib və saxlanıldığı müddətdə vəkil tutmaq haqqında məhrum edilib.
ƏhmədiAzər fəaliyyəti dayandırılmış “Şəms-i Təbriz” həftəlik dərgisinin yazıçılar heyətinin üzvü olub. Azərbaycanlı yazıçınım fars dilində “Türk dili və Azərbaycan tarixi”, “Sultan Məhəmməd və Təbrizin miniatür məktəbi” və “Məşrutiyyət hadisələri” və türk dilində bir neçə kitab yazıb və tərcümə edib.

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |