06.07.2015 [13:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güneyli yazar və musiqiçi Məmməd Rza Təbrizli Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda Norveç dilində nəşr etdiyi “Son Gecə” adlı kitabının məzmununu anlatmaqla yanaşı, kitabın Norveçin paytaxtı Oslo şəhərində təşkil olunan təqdimat mərasimi və müxtəlif qrupların kitabla bağlı göstərdiyi münasibətlər və təpkilər haqqında danışıb.
İllər öncə Təbrizi tərk edən və sonunda Norveçdə mühacirət həyatı başlayan Məmməd Rza Təbrizlinin öz həyat hekayəsindən ibarət olan “Son Gecə - Güney Azərbaycandan Norveçə Köç” (Siste Natt - Flukten fra Sør-Aserbajdsjan til Norge) romanının nəşriyyat xərci, yazarın söylədiyinə görə, Norveç dövlət qurumları tərəfindən təmin edilib.
"Son Gecə" kitabı ilk dəfə 2009-cu ildə Azərbaycan Respublikasında çap olunub. Amma Təbrizli sənətçi Norveçdə nəşr edilən variantın fərqli və daha həcmli olduğunu bildirir:
“Son Gecə 2009-da Azərbaycanda yayımlandı. Amma bu il Norveç dilində çap olmuş variant fərqlidir, çünki kitabın ikinci bölümü Norveçlə bağlıdır.”
Norveçdə mühacirətdə yaşayan yazarın sözlərinə görə, kitabda onun öz həyat hekayəsindən əlavə eyni zamanda ölkəni tərk etməyə məcbur olan digər güneylilər, eləcə də Azərbaycan tarixi ilə əlaqədar bəzi məqamlara da yer verilib.
“Sadəcə mən yox bəlkə bu kitab siyasi nədənlər və Güney Azərbaycanda göstərdikləri fəaliyyətləri səbəbi ilə vətəni məcburən tərk edib Avropa ya Amerikaya köçənlərin də hekayəsidir. Kitabda həmçinin Azərbaycan tarixi və Güney Azərbaycanın yaşadığı problemlər də anladılır... Ancaq çoxu güneydə və Təbrizdə keçən öz hekayəmdir,” deyə Təbrizli ifadə edir.
Məmməd Rza Təbrizli mayın 28 və 30-da keçirilən təqdimat mərasimindən razı qaldığını söyləyir. Onun dediklərinə görə, Norveçdə yaşayan müxtəlif millətlər, insan haqları fəalları və siyasətçilər, o cümlədən əslən Türkiyədən olan Norveç Parlamentinin üzvləri təqdimat mərasiminə qatılıblar.
Kitab ümumiyyətlə yaxşı qarşılansa da xüsusilə kitabın başlığında olan “Güney Azərbaycan” ifadəsi mənfi təpkilərə də səbəb olub.
Təbrizlinin dediklərinə görə, bəzi iranlı və “iranbaycanlı”lar sosial şəbəkələrdə kitabla bağlı material paylaşan norveçlilərə etiraz edərək, “Güney Azərbaycan” adında bir ölkənin mövcud olmadığnı yazıblar.
M.Rza Təbrizli və bəzi digər güneyli fəallar əslən İran Azərbaycanında yaşayan türklərdən olub, amma türk fəalları separatçılıqda günahlandıran şəxslərə “iranbaycanlı” deyirlər.

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |