06.07.2015 [14:49] - Gündəm, Borçalı
Tbilisidə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika İnstitutunun binasının bir hissəsi uçub. Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb. Bu barədə RIA Novosti xəbər verir.
Xilasedicilər bir saat ərzində dağıntılar altında qalan inşaat işçilərini çıxarıblar. Zədələnən işçilər ən yaxın klinikaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.
İlkin məlumata əsasən, bina bu yaxınlarda satılmışdı. Onun yerində mehmanxana inşa ediləcəyi planlaşdırılırmış.

Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |