Şrift:
İran sanksiyaların qaytarılması mexanizmi ilə razılaşdı
07.07.2015 [12:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın nüvə probleminin nizama salınması üzrə çoxillik danışıqlar prosesinə beynəlxalq vasitəçilərin yer aldığı “altılıq” və İran bu gün və sabah Vyanada aparacağı danışıqlarla nöqtə qoymalıdır.


İmzalanacaq razılaşmaya Tehranın riayət etməyəcəyi halda beynəlxalq sanksiyaların qaytarılması mexanizmi haqqında ən mürəkkəb məsələ həllini tapıb.

Danışıqlara yaxın mənbənin məlumatlara görə, sazişin imzalandığı gün İranla bağlı sanksiyalar aradan qaldırılır, yəni BMT TŞ-nin Tehran barəsində beynəlxalq məhdudlaşdırıcı ölçülərin icrası dayandırlır. Amma əgər, TŞ-nin daimi üzvlərindən birində İranın razılıqlara tərəfdar olmadığına dair şübhələr olsa, veto hüququnu tətbiq edərək sanksiyaları qaytara biləcək.

Bundan başqa, qeyd edilir ki, İranın zənginləşdirilmiş uranın əlavə hissəsinin taleyi ilə bağlı məsələdə irəliləyiş var. Zənginləşdirilmiş uranın çox hissəsi – təxminən 7,5 ton Rusiyaya göndəriləcək.

Vyanada müsbət nəticə əldə olunsa da, son sözü Amerika Konqresi deyəcək.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed