07.07.2015 [13:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup azərbaycanlı milli-mədəni fəal müsəlman uyğur türklərinin Çin dövləti və əhalisi tərəfindən qətliam edilməsi ilə bağlı etiraz Bəyanatı yayıb.
Bəyanatın bir hissəsində deyilir:
“Mübarək rəməzan ayında təəssüflə Çin ölkəsi, Doğu Türkistan və onun mərkəzi şəhəri Urumçudan üzücü xəbərlər eşidilir. Komonist və irqçi çinlilər mübarək rəməzan ayında müsəlman uyğur türklərinə qarşı cinayətlərə əl atıblar. Hansı ki, belə bir cinayət tarixdə heç bir cinayətkar tərəfindən həyata keçirilməyib.
Müsəlman uyğur türklərinə qarşı həm milli və həm dini mənsubiyyətinə görə qətliam və soyqırım həyata keçirilir və onlar oruc olduqları halda şərab içməyə məcbur edilir. Təəssüflə İnsan haqları qurumları və islam ölkələri də bu cinayətlərə səssiz qalır. Halbuki, məzlum məzlumdur, istər Yəmən, Bəhreyn, Fələstin, Qarabağ, Bosniya vəya Urumçuda olsun!”
Milli-mədəni fəalların yaydığı Bəyanatda xüsusi vurğulanır ki, “Biz bir qrup güney azərbaycanlı milli-mədəni fəal Çin hökumətinin bu qeyri-insani cinayətlərini məhkum edir və qəhrəman Doğu Türkistan əhalisinin milli, dini və bağımsızlıq mübarizəsini dəstəkləyirik. Dünya xüsusi ilə də Türkiyə, Azərbaycan və İranın İnsan haqları fəalları və hüquqşünaslarından istəyirik ki, kominist Çin hökumətinin bu cinayətlərini beynəlxalq ictimaiyyət və insan haqları təşkilatlarına çatdırıb və bu məsələni Beynəlxalq Haaqa (Lahe) Məhkəməsinə çıxarsınlar. Din mərcələri və üləmalardan isə Çin hökumətinin bu cinayətini məhkum etməyi və bu barədə dini fətva çıxarmağı istəyirik.
Həmçinin Türkiyə, Azərbaycan və İran əhalisindən istəyirik ki, Çin mallarını baykot edib və Çində istehsal olunan malları almasınlar. İslam Cümhuriyyətindən ayrıca tələb edirik ki, bütün şəhərlərdə xüsusi ilə də Azərbaycan şəhərlərində Çin hökumətinin bu vəhşi əməlini məhkum edib və etiraz bildirmək üçün icazə versin... .”
Sözügedən Bəyanat 300-dən çox azərbaycanlı milli-mədəni fəal tərəfindən imzalanıb.

Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |