07.07.2015 [15:58] - Gündəm, Sosial
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həm İstintaq təcridxanasında, həm də Müvəqqəti saxlama yerində monitorinq keçiriblər.
Hüquq müdafiəçisinin bildirdiyinə görə, monitorinqin keçirilməsində məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəraiti və onlara qarşı münasibəti öyrənməkdən ibarət olub.
E.Behbudov qeyd edib ki, onlar orada bir neçə təqsirləndirilən şəxslə görüşüblər. Onlardan biri də 1993-cü il təvəllüdlü, Bakı sakini Eyyubov Azər Mətləb oğlu olub.
A.Eyyubov Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinə əsasən təqsirləndirilir. Özünün dediyinə görə, 3 ay Suriyada olub və orada İŞİD-ə qoşulub. Lakin Suriyadan geri qayıdanda MTN tərəfindən hava limanında həbs edilib: “Özünün dediyinə görə, Suriyada təlim keçsə də, döyüşlərdə iştirak etməyib. Ora getdiyinə görə peşman olduğunu deyib. Suriyaya gedənlərə mətbuat vasitəsilə bildirib ki, getməsinlər. Çünki Bakıda ona verilən vədlərin heç biri Suriyada öz təsdiqini tapmayıb. Onun sözlərinə görə, Suriyada namaz qılmayanlar ən ağır cəza ilə - ölümlə cəzalandırılırlar”.
Hüquq müdafiəçisi qeyd edib ki, A.Eyyubov vəkillə təmin olunub. O, nə saxlanma şəraitindən, nə də özünə qarşı münasibətdən şikayətçidir.

Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |