Şrift:
Ərdəbildə mərhum şair Əlirza Bəxşinin 40 mərasimi keçiriləcək
08.07.2015 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbilli mərhum azərbaycanlı şair Əlirza Bəxşinin 40 mərasimi keçiriləcək. Mərasimdə onun yaxınları, Azərbaycan Milli Hərəkat fəalları, türk şeir və ədəbiyyatını sevən yerli əhalinin geniş şəkildə iştirak edəcəyi gözlənilir.
GAMAC təşkilatı rəsmi saytının yaydığı məlumatda bildirilir ki, mərasim iyulun 9-ü (tirin 18-i) yerli vaxtla saat 17:00-da Ərdəbilin “Beheşt-i Zəhra” məzarlığında mərhumun məzarı üstə keçiriləcək. Məclis isə iftardan sonra saat 22-dən 23:30-dək mərhumun ailəsinin evində qeyd olunacaq.

Bildirək ki, azərbaycanlı millətçi şair Güney Azərbaycanın Ərdəbil şəhərinin imam xəstəxanasında dünyasını dəyişib. Ürək çatışmazlığı xəstəliyindən xəstaxanaya yerləşdirilən Ə.Bəxşi iyunun 1-də (xordadın 11-də) 40 yaşında həyatla vidalaşıb.

Şairin birinci yas törəni iyunun 3-də İmam Hüseyn məscidində keçirilib. Mərasimdə bir çox azərbaycanlı milli-mədəni fəal iştirak edib. Həmçinin şairi ağırlamaq məqsədi ilə iyunun 9-da Ərdəbildə Şəms küçəsinin hövze-yi hünəri evində xüsusi mərasim keçirilib. Mərasimin təşkil edilməsində bir çox fəal xüsusi ilə də xanım Əfsun Behnejad, doktor Şəhriyar Neməti və Əmir Rəcəbi böyük əmək sərf edib. Mərasimə Ərdəbil, Nir, Nəmin, Səreyn, Xalxal və Ənzəlidən olan millətçi şairlər qatılıb. Rəhim Qulami, Ruzbeh Səmədi, Behbud Muradi, Rəhim Əsədullahi, Haşim Fəal və s. şeirlər oxuyub və mərhum şairin haqqında öz bilgilərini paylaşıblar.

Həyatının son illərində şeir yazmağa xüsusi vaxt ayıran şair özünün və millətimizin acılarını qələmə alıb. Lakin təəssüflər olsun ki, şairə kitab nəşr etmək nəsib olmayıb. O, “Acı seçimlər” əsərinin nəşrə hazır olduğu bir zamanda dünyasını dəyişib.

“ALLAH rəhmət eləsin”
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed