Şrift:
İran diplomatı: “İxtilaflar hələ də qalır”
08.07.2015 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vyanada Qərblə nüvə danışıqları aparan İran diplomatlarından biri iyulun 6-sı axşam saatlarında jurnalistlərə açıqlamasında 5+1 qrupu ilə İran arasında hazırda əsas üç məsələ barədə müzakirələr aparıldığından danışıb.
Adının çəkilməsini istəməyən İran diplomatı deyib ki, tərəflər arasında bütün məsələlər barədə söhbət aparılır: “Hazırda 5+1 qrupu ilə İran arasında aparılan danışıqlarda elə məsələlər var ki, hələ də öz həllini tapmayıb. Nüvə, sanksiyalar və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri ilə əlaqədar ixtilafa səbəb olan və hələ də çözülməyən bəzi məsələlər barədə müzakirələr davam edir”.

Qeyd edək ki, Qərbin uzun müddtdir İranla apardığı nüvə danışıqlarının vaxtı iyunun 30-da başa çatıb. Lakin yekun razılaşma əldə edilmədiyinə görə, müzakirələrin müddəti iyulun 7-ə qədər uzadılıb. 10 ildən çoxdur aparılan müzakirələrin nəticəsinin ya iyulun 8-i axşam saatlarında, ya da iyulun 9-u sübh saatlarına qədər elan edilə biləcəyi təxmin edilir.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed