Şrift:
Nazir müavini televiziyadan qeyri-fars uşaqlara fars dilinin öyrədilməsini istədi
08.07.2015 [12:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin qeyri-fars millətlərə qarşı asimilasyon siyasəti bütün boyutları ilə davam edir.
İran Təhsil nazirinin ibtidai təhsil üzrə müavini asimilasyon siyasətinin yeni formasından danışıb. Məhəmməd Deymevər İranın təlim və təhsil telekanalının müdiri ilə danışıqda bildirib ki, “kütləvi informasiya vasitələri iki dilə malik olan bölgələrdə fars dilini öyrətməkdə böyük yardım edə bilər”.

Fars dilinin öyrədilməsində televiziyadan yardım istəyən nazir müavini diqqətə çatdırıb ki, “artıq bu zəmində sərhədyanı bölgələrdə ibtidai məktəböncəsi 1 illik kurs üzərində işlər gedir və həyata keçirilməlidir.”

Qeyd edək ki, İran coğrafiyasında yaşayan qeyri-fars millətlərinin problemləri ilə tanış olan şərhçilər, nazirin bu istəyini millətlərin asimilasyonu uğrunda növbəti addım kimi qiymətləndirirlər.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed