Şrift:
Azərbaycan diasporunun fəalı Türkiyə Parlamentinin sədri ilə görüşüb
21.01.2012 [23:11] - Xəbərlər
Dünya Azərbaycanlıları Konqresi İdarə heyətinin üzvü, Dr. Asif Qurban Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçəklə görüşüb.

Bu barədə Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü, Dr. Asif Qurban bildirib.

“Görüşdə bir çox məsələlər müzakirə olundu və xüsusilə, uydurma “erməni soyqırımı” da daxil olmaqla, soyqırımların inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin Fransa parlamentinin aşağı palatasında qəbul edilməsinə qarşı Türkiyə və dünyada fəaliyyət göstərən Azərbaycan diasporunun sərt təpkisi və s. kimi məsələlər müzakirə mövzusu oldu.

Cəmil Çiçək isə bu məsələdə Azərbaycanın xalqının sona qədər Türkiyəni dəstəkləməsi onlarda məmnunluq hissi yaratdığını və bu hadisələrin iki xalq arasında birlik, bütövlüyün daha da güclənməsinə təsir etdiyini çatdırıb”,- deyə Asif Qurban qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed