08.07.2015 [16:42] - Gündəm, Borçalı
Azərbaycanla Gürcüstan arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat katibliyindən verilən məlumata görə, Agentliyin sədri Akim Bədəlovun rəhbərliyilə nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri A.Bədəlov Azərbaybaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynlə birgə Gürcüstanın Baş nazirinin iki müavini - İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Energetika naziri Kaxa Kaladze ilə səmərəli görüşlər keçirib.
Görüşdə A.Bədəlov iki ölkə arasında hərtərəfli inkişaf edən əməkdaşlığa toxunaraq deyib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə söykənən iki ölkə arasındakı münasibətlər hər bir sahədə olduğu kimi enerji sahəsində də yüksələn xətlə inkişaf edir. O, alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlığın da Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, bu sahənin müasir dövrdə həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib.
A.Bədəlov son illər bununla bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verərək diqqəti görülən işlərə çəkib. Agentliyin sədri 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlandığını və bu çərçivədə Samux rayonunda müasir aqroenerji yaşayış kompleksinin inşa olunduğunu nəzərə çatdırıb.
A.Bədəlov hər iki ölkənin alternativ və bərpa olunan enerji mənbələri sahəsində mövcud potensialına diqqət çəkərək bildirib: “Ölkələrimiz böyük hidroenerji resruslarına malikdir. Lakin gələcəkdə su mənbələrindən bu məqsədlə geniş istifadə olunması, hidroenerji qurğularının quraşdırılması çayların fauna və florasına təsirini göstəcək. Bu da ekoloji problemlərin yaranması ilə nəticənə bilər. Su ehtiyatlarından daha da səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur. Həm iqtisadi, həm də ekoloji baxımdan, kənd təsərrüfatının, balıqçılıq təsərrüfatının inkişafı, turizm sahələrinin genişləndirilməsi daha çox səmərə verər. Coğrafi mövqeyimiz, günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə eyni zamanda ətraf mühitin qorunması üçün də olduqca əhəmiyyətlidir”.
Məlumatda qeyd olunur ki, Azərbaycanda son illər görülən işlər Gürcüstan tərəfinin geniş marağına səbəb olub və onlar bu sahədə qazanılan təcrübədən yararlanacaqlarını və ölkələrində günəş enerjisinin fərdi yaşayış evlərində tətbiqində, külək, biokütlə və geotermal elektrik stansiyalarının yaradılmasında və bu yolla enerji mənbələrinin diversifikasiya olunmasında maralı olduqlarını bildiriblər. Onlar “1 ev - 1 stansiya”, hibrid tipli elektrik stansiyaları və aqroenerji yaşayış kompleksi layihələrinə xüsusi maraq göstəriblər.
Tərəflər sözügedən sahələrdə konkret işlərin başlanılması məqsədilə aidiyyəti üzrə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıblar.
Sonda hər iki nazirliklə Dövlət Agentliyi arasında müvafiq İşçi qruplarının yaradılması qərara alınıb, alternativ və bərpa olunan enerji mənbələri sahəsində perspektivlər müəyyənləşdirilərək gələcəkdə belə görüşlərin intensiv keçirilməsi və təcrübə mübadiləsinin aparılması üçün razılıq əldə olunub.

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |