Şrift:
Federika Moqerini: Nüvə danışıqları gələn 2-3 gündə də davam edəcək
09.07.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avropa Birliyinin xarici işlər naziri Federika Moqerini iyulun 7-si axşam saatlarında jurnalistlərə açıqlamasında İranla 5+1 qrupu arasında Vyanada aparılan nüvə müzakirələrindən danışıb.
Müzakirələrin çox həssas mərhələyə çatdığını bildirən Federika Moqerini deyib ki, tərəflər çətinliklə də olsa danışıqları yekunlaşdırmağa çalışırlar: “Nüvə danışıqları qarşıdan gələn 2-3 gündə də davam etdiriləcək. Biz çətinliklə müzakirələri yekunlaşdırmağa çalışırıq. Danışıqlar prosesi hazırda çox çətin olsa da onu davam etdiririk.

Yekun razılaşmanın əldə olunması üçün danışıqların bir neçə gün də davam etdirilməsi, onun vaxtınının yenidən uzadılması anlamında deyil. Müzakirələr iclasını tərk edib gedən nazirlər yenidən qayıdıb danışıqlara qatılacaqlar. Biz mükəmməl bir nəticənin əldə olunması istiqamətində müzakirələrin davam etdirilməsi üçün kifayət qədər yumşaq bir mövqedən çıxış edirik”.

Qeyd edək ki, Qərbin 10 ildən çoxdur İranla apardığı nüvə danışıqlarının vaxtı iyunun 30-da başa çatıb. Lakin yekun razılaşma əldə edilmədiyinə görə, müzakirələrin müddəti iyulun 7-nə qədər uzadılıb. Müzakirələrin nəticəsinin maksimum iyulun 10-una qədər elan ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed