Şrift:
Ərdəbil caddələrində 3 ayda 37 nəfər yol qəzalarının qurbanı olub
09.07.2015 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Ərdəbil Vilayətinin caddələrində 3 ay ərzində 37 nəfər yol qəzalarının qurbanı olub. Bu barədə Ərdəbil Vilayəti tibbi ekspertiza mərkəzinin baş müdiri məlumat verib.
Behzad Vəlizadə iyulun 7-də (tirin 15-də) yolların güvənliyi komisyonunun iclasında bildirib ki, “cari ildə Ərdəbil vilayətinin caddələrində 37 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm ölümlə nəticələnən yol qəzalarının sayının azaldığını göstərir.”

O əlavə edib ki, “1394-cü ilin (hicri-şəmsi təqvimi ilə) birinci 3 ayında 37 nəfərin yol qəzalarında olməsini keçən il eyni zamanda 49 nəfərin ölümü ilə müqayisə edəndə, 24.4 faiz azalma müşahidə olunur.”

Tibbi ekspertiza mərkəzinin baş müdirinin sözlərinə görə, bu müddətdə yol qəzalarında xəsarət alıb və yaralanan şəxslərin sayı 1121 nəfər olub. Onlardan 790-ı kişi və 331-i qadındır.

B.Vəlizadə vurğulayıb ki, “yol qəzalarında çoxlu insanlar xəsarət alır və bu məsələyə xüsusi diqqət yetirilməlidir. Əhalinin əksəriyyəti və hətta bir sıra məsullar sadəcə ölüm faktlarına diqqət yetirir, halbuki yol qəzalarında xəsarət alan şəxslərin bəziləri ömürlük əlil olmaq, iflic olmaq və s. kimi problemlərə düçar olur. Bunun təsiri isə hətta ölümdən də pisdir və bir sıra iqtisadi-ictimai problemlərə yol açır.”
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed