Şrift:
İran diplomatı: Qalan ixtilafların həlli üçün yeni təkliflər irəli sürmüşük
09.07.2015 [17:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın mövcud bir neçə Vyanada Qərblə nüvə danışıqları aparan diplomatlarından biri iyulun 8-də ölkə mətbuatına açıqlamasında tərəflər arasında bir neçə ixtilafın həlli üçün təkliflər irəli sürdüklərindən danışıb.
Adının çəkilməsini istəməyən İran diplomatı deyib ki, İranın bəzi qırmızı xətləri tapdadılası deyil: “Hazırda tərəflər arasında məsələlərin bir çoxu öz həllini tapsa da, hələ də ixtilafa səbəb olan bir neçə problem çözülməmiş olaraq qalır. Biz qalan ixtilafların həlli üçün qarşı tərəfə konstruktiv təkliflər etmişik. Bu təkliflər təyinedici ola bilər.

Bəzi qırmızı xətləri keçmək üçün yumşaqlıq nümayiş etdirməkdən söhbət gedə bilməz. Bu xətlər tapdadilası deyil. Biz qırmızı xətlərdən keçməyəcəyik. Hesab edirik ki, müzakirə tərəfləri hazırda aralarında olan bəzi mübahisələ məsələlər barədə birgə qərar verməlidir”.

Qeyd edək ki, Qərbin 10 ildən çoxdur İranla apardığı nüvə danışıqlarının vaxtı iyunun 30-da başa çatıb. Lakin yekun razılaşma əldə edilmədiyinə görə, müzakirələrin müddəti iyulun 7-nə qədər uzadılıb. Müzakirələrin nəticəsinin maksimum iyulun 10-una qədər elan ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed