Şrift:
Güneyli milyarder edam oluna bilər
09.07.2015 [18:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyədə böyük səs-küyə səbəb olan 17-25 dekabr 2013-cü il əməliyyatında açar şəxs hesab olunan azərbaycanlı iş adamı Rza Zərrabın ortağı olduğu deyilən güneyli milyarder Babək Zəncani üçün 200 min səhifəlik iddia hazırlanıb.
Saxta sənədlər düzəldərək İran adlanan dövlətə 2 milyard 800 milyon dollar zərər vurmaqda ittiham olunan Babək Zəncanini edam cəzası gözləyir.
Babək Zəncani həmçinin İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə də təqsirləndirilir. 2013-cü ilin dekabrında həbs olunan Zəncaninin işinə bu günə qədər çoxlu edam hökmünü verən hakim Əbul Qasım Salavati baxacaq.
İranlı milyarderin cinayət işi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed