10.07.2015 [11:51] - Gündəm, Hüquq
"Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi Əhalinin müxtəlif təbəqəsi, əsasəndə aztəminatlı əhalinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə çərcivəsində aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikası təşkil edilmiş və artıq fəaliyyətə başlamışdır. Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçirilməsi nəzərdə tutulur.
....məlumatına görə, layihənin icra planına uyğun olaraq 09 iyul 2015-ci il tarixində İsmayıllı rayonunda “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsi ilə bağlı içtimai müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq məruzə üçün sözü “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyevə verdi. Mayis Əliyev layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər barədə geniş məlumat verdi. Tədbirdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov “Aztəminatlı əhalinin inzibati və məhkəmə qaydasında hüquqlarının müdafiəsi formaları haqqında”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki regional mərkəzinin rəhbəri Pərviz Məmmədov “Vətəndaşların sosial hüquqlarının müdafiəsində Ombudsman təsisatının rolu” məruzələrlə çıxış etmişlər. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasbəyli, “Qadınlar Cəmiyyətinin İnkişafı Naminə” İB-nin sədri Atayeva Şirinbəyim, “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin rəhbəri Lətifə Əliyeva, “YAP Qadınlar Şurası”nın sədri Xuraman Qurbanova, “Çernobıl Əlilləri Cəmiyyəti” nin İsdmayıllı rayonu üzrə sədri Lətifova Məleykə, rayon təhsil şöbəsininəməkdaşı Ramioz Baloğlanov, rayon əhalinin sosial müdafiəsi mərkəzinin əməkdaşı Fuad Məmmədəliyev və digərləri çıxış etmişlər. Sonra layihənin koordinatoru, prof.Mayis Əliyev tədbir iştirakçılarının suallarına cavab vermiş və layihənin hüquqşünas-ekspertləri müraciət edənlərə hüquqi yardım göstərilmişlər.

Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |