Şrift:
Pərviz Abdullayev Çində döyüşəcək
10.07.2015 [12:33] - Gündəm, İdman
Kobra Pərviz iyulun 14-də Çinə yola düşür. O, iyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turniri keçiriləcək.

Turnirdə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev ölkəmizi təmsil edəcək.

İdmançımız 75 kiloqram çəki dərəcəsində yerli idmançı Aorigele ilə qarşılaşacaq. Kikboks üzrə beş qat dünya çempiyonu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü P.Abdullayev keçirdiyi 41 doyüşündən 38-də qalib gəlib, bunlardan 13-ü nokautla.

Bu barədə danışan P.Abdullayev müsahibəsində bildirib ki, bu döyüşə məşqçisi Mehman Umudov və FHN-nin rəisi polkovnik Fizuli Musayevin rəhbərliyi altında artıq bir neçə aydır hazırlaşır. Həmçinin idmançı mütəmadi olaraq “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.

Qeyd edək ki, may ayında keçirilmiş yarışda Kobra Pərviz rəqibinə 2 dəqiqəyə nokautla qalib gəlmişdi.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed