10.07.2015 [12:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qeyri-standard yolları can almaqda davam edir.
Növbəti ağır yol qəzası Təsuc-Şəbistər yolunda baş verib. GAMAC təşkilatı rəsmi saytının İran mediasına istinadən yaydığı məlumata görə, bu barədə Şərqi Azərbaycan Tibbi Hadisələrin İdarə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu məlumat verib: “Təsuc-Şəbistər yolunda baş verən yol qəzasında 4 nəfər ölüb və 4 nəfər yaralanıb. 3-cü gün (çaharşənbə günü) baş verən yol qəzasında “Pejo 405” markalı maşın bir “Pejo 206” markalı maşınla toqquşub.”
Həbib Hüseynqulizadə sözlərinin davamında qeyd edib ki, “yol qəzasından xəbər tutduqdan sonra təcili olaraq 5 ambulans hadisə yerinə gedib və bütün yaralıları Şəbistər xəstəxanasına aparıb. Çox təəssüf ki, yaralıların üçü Şəbistər xəstəxanasında, biri isə Təbrizə intiqal edilən zaman yolda keçinib.”
Xatırladaq ki, Güney Azərbaycanda qeyri-standard yollar, köhnə maşınlar və digər səbəblərə görə çoxsaylı yol qəzası baş verir. Son zamanlar ölümlə nəticələnən yol qəzalarının sayına görə Təbriz-Əhər caddəsi ölüm cadddəsi ləqəbi ilə tanınır. Yerli məsullar bu ağır itkilərin qarşısını almaq üçün dəfələrlə Tehranın tədbir almasını istəyiblər, lakin günümüzə qədər bu zəmində heç bir nəticə əldə edilməyib.

Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |