10.07.2015 [13:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlıların ardıcıl səyi və bir sıra yerli məsulları tələbi nəticəsində Güney Azərbaycan şəhərləri ilə qardaş Azərbaycan Cümhuriyyəti və Türkiyə arasında münasibətlər tədricən genişlənir.
Şərqi Azərbaycan hava limanlarının baş müdiri Təbriz və İzmir şəhəri arasında uçuş xəttlərinin yaranması barəsində məlumat verib.
Mustafa Səfayi bildirib ki, Təbriz-İzmir uçuş xətti Təbrizin Beynəlxalq Şəhid Mədəni hava limanından həyata keçirilib.
Onun sözlərinə görə, “sərnişinlərin istəyinə əsasən hər həftə 6-cı gün (şənbə günü) yerli vaxtla saat 5:45-də Təbrizdən Türkiyənin İzmir şəhərinə uçuş olacaq. Uçuş Turkish Airlines şirkəti tərəfindən A320 uçağı ilə həyata keçirilir.”
Qeyd edək ki, hazırda Təbriz hava limanında Türkiyə, İraq və Birləşmiş Ərəb Əmirliklərinə xarici uçuşlar həyata keçirilir.

Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |