Şrift:
Səid Şirzadın qanuni tələbi təmin edilmir!
11.07.2015 [19:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uşaq haqları müdafiəçisi Səid Şirzadın qanuni tələbi səlahiyyətli məsullar tərəfindən təmin edilmir.
Fəal ölkə qanunlarına əsasən saxlandığı Rəcayişəhr zindanının siyasi-əqidəti bölümünə köçürülməsi ilə bağlı uzun müddətdir israr edir, lakin onun tələbi zindan məsulları və prokurorluq tərəfindən rədd edilir.

Zindan məsulları bildiriblər ki, S.Şirzadın tələbinin təmin edilməsi prokurorluğun səlahiyyət dairəsindədir, prokurorluq isə bunun tərsini iddia edərək bu barədə həbsxana məsullarının qərar verməli olduqlarını bildirib.

Fəal hazırda 14-cü aydır həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır. Qeyri-siyasi məhbuslarla eyni bölümdə saxlanılan fəal, tələbi təmin edilmədiyi halda aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib.

Bildirək ki, S.Şirzadın saxlandığı müddətdə onun vəkili məhbusun dosyesi ilə tanış olmaq üçün dəfələrə müraciət edib, lakin bütün cəhdlərə baxmayaraq heç bir nəticə əldə edilməyib. S.Şirzad isə bu vəziyyətə etiraz olaraq iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib. Buna baxmayaraq hələ də vəkil S.Şirzadın dosyesini mütaliə edib və onunla görüşə bilməyib.

Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed