Şrift:
Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması
22.01.2012 [23:50] - Siyasət
20 Yanvar faciəsinin 22-ci ildönümü Türkiyə mediasında “Hepimiz erməniyiz” manşetləri ilə açıldı

Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan Qrant Dink sui-qəsdi ilə bağlı keçirilən məhkəmədə verilən “qruplaşma yoxdur” qərarına “hər şey aşkarlanacaq” zəmanətini verdi. Hökumət olaraq onlardan asılı olanı etdiklərini deyən Ərdoğan, “Türkiyə artıq əvvəlki Türkiyə deyil. Heç kimin törətdikləri günahsız qalmayacaq. Heç bir heç bir sui-qəsd, heç bir təxribat gizli qala bilməz. 6 fərqli dildə, eyni melodiya ilə, eyni hislərlə söylənilən “Sarı Gəlin” mahnısını, Şişlidə atılan bir güllə susdura bilməz”, dedi.

Ankarada təşkil edilən bir tədbirdə iştirak edən Ərdoğan adıçəkilən məhkəmə prosesi ilə bağlı açıqlamalar verdi: “Biz, Ankaranın yalnız ətrafını deyil, köhnəlmiş ruhunu, kar, dilsiz, reaksiyasız kobudluğunu, ağır bürokratik vəziyyəti dəyişdirdik. 74 milyonun Ankaradan ümidlərinin kəsildiyi bir anda, biz dövləti bu millətin, bu coğrafiyanın ümidi halına gətirdik. Dövlət artıq, öz sərhədlərinin kənarını görə bilir. Türkiyə yalnız Qəzzanı, Qüdsü, Şamı, Somalini görüb, yanı başındakı ellərə reaksiyasız deyil. Heç kim nə Uludərədəki 34 vətəndaşımızın, nə də İstanbulda, küçənin ortasında qətlə yetirilən Türkiyə vətəndaşı Qrant Dinkin cinayəti ilə bağlı narahatlığı olmasın. Keçmişdə olduğu kimi, bu tip cinayətlər Ankaranın dərin dəhlizlərində itə bilməz”.

“Hadisə olmuşdur və cinayətkar 32 saatda ərzində həbs olunmuşdur. Bu isə hadisənin nə qədər həssas olduğunun bir ifadəsidir. Vaxt itirmədən cinayət araşdırılmış . Bu ölkədə mühakimə ədalətlə olar. Əks halda bunun məsuliyyəti bizim üzərimizdə qalır. Heç kim sanki hökumət mühakimə edirmiş kimi yanlışı bizim üzərimizə buraxmaq fikrinə düşməməlidir. Hökumətin məhkəmə qərarlarına müdaxilə etməsini istəyənlər də səhv edərlər. AKP-nin təmizliyini kimsə ləkələyə və kölgələyə bilməz. Qaldı ki, H.Dink cinayətində araşdırma bitmişdir. Ümid edirəm ki, mühakimə zamanı şübhələri aradan qaldırılacaq və cəmiyyəti razı salacaq addımları atılacaq”.

Xatırladaq ki, müəlliflik hüquq dünyada ən həssas mövzudur. Məsələ Azərbaycanla-Ermənistan kimi aralarında problem olan dövlətlər üzərinə gəldikdə bu həssaslıq dəfələrlə artır. Qardaş ölkənin hökümət başçısının “altı fərqli dildə ... oxunan “ ifadəsi isə adıçəkilən mahnının Azərbaycana aid olmasını şübhə altına alır. Bundan başqa, ölkəmizlə bağlı hər çıxışında qardaş olduğumuzu dilə gətirən baş nazirin “bir güllə “Sarı gəlin”i susdura bilməz” deməsi isə olduqca üzücüdür. Çünki erməni əsilli Qrant Dinkin “Sarı gəlin”lə bir bağlılığı yoxdur, ola bilməz!

Digər tərəfdən “20 Yanvar” faciəsinin 22-ci ildönümündə Türkiyənin ən nüfuzlu KİV-lərinin hamısında qəzetlərin tən yarısı boyda olan “Hepimiz erməniyiz” şüarlı manşet fotoları da diqqətimizdən kənarda qalmadı. Təkcə bu fakt Fransa senatının alt palatasında qəbul olunan, lakin adıçəkilən ölkənin konstitusiyasına zidd olduğuna görə qüvvəyə minməsi sıfırın altında olan qanununa görə Azərbaycanı gərəkən addımları atmadığına görə asıb-kəsən media bu cür millətçiliyinin saxta olduğunu büruzə verdi. Baxmayaraq ki, həmin qanuna Azərbaycanda müxalifət partiyalarından tutmuş Prezident Administrasiyası, Milli Məclisə qədər, cəmiyyətin bütün təbəqələrində həmrəylik nümayiş olundu, eyni təpki göstərildi. Bu isə Qarabağ məsələsindən sonra ikinci və yeganə həmrəylik nümayiş olunan və hər kəs tərəfindən qınanan məsələdir.
Qeyd edək ki, hörmətli Ərdoğanın “Sarı Gəlin” açıqlaması sosial şəbəkələrdə Azərbaycan türkləri tərəfindən ciddi müzakirə olunur və şiddətlə qınanır.

Yanvarın 20-də dərc olunan Türkiyənin ən tirajlı qəzetləri

Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması


Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması

Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması

Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması Ərdoğanın üzücü "Sarı Gəlin" açıqlaması
Bu xəbər oxucular tərəfindən 1375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed