Şrift:
Güney Azərbaycanda daha bir neçə nəfər yol qəzalarının qurbanı oldu
13.07.2015 [09:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda davamlı olaraq yol qəzaları nəticəsində çoxsaylı insan dünyasını dəyişir vəya ağır xəsarət alaraq adi həyatdan məhrum olunur. Bu isə bir sıra ictimai-iqtisadi problemlərə yol açır.
Son məlumata görə, Heris yolunda bir yük maşınının iki minik otomobili ilə toqquşması 1 Nəfərin ölümünə və 3 nəfərin ağır yaralanmasına səbəb olub. Bu barədə Şərqi Azərbaycan Vilayətinin Qızıl Aypara Cəmiyyətinin süzcüsü məlumat verib.

Həmçinin Kəleybər yolunda ölümlə nəticələnən yol qəzasının baş verdiyi barədə məlumat yayılıb. Şərqi Azərbaycan Tibbi Hadisələri Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu iyulun 19-da Kəleybər yolunda Prayd və Pejo markalı maşınlıarın toqquşması nəticəsində 5 nəfərin ağır yaralandığını bildirib.

Hüseynqulizadənin sözlərinə görə, yaralananlar xəstəxanaya çatdırılıb, lakin onlardan birinin həyatını qurtarmaq mümkün olmayıb.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed