Şrift:
Ruhaninin müavini: “Gecələr küçələrdə yatanların üçdə biri qadınlardır”
13.07.2015 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi jurnalistlərə açıqlamasında ölkədə gecələr küçələrdə yatan evsiz-eçiksiz qadınların və gənc qızların problemindən danışıb.
Şəhindoxt Mövlaverdi deyib ki, qadınların küçələrdə yatmasının mühüm səbəblərindən biri onların yoxsulluğu, işsizliyi, ailə başçısı olması və bəzən narkoman olması ilə əlaqədardır: “Hazırda ölkədə 15 min nəfər gecələr küçələrdə yatır. Onların isə 5 min nəfəri qadınlar və gənc qızlardır. Hesab edirik ki, ölkənin 13 qurumu, xüsusən də Tehran meriyası bu barədə məsuliyyət daşımalı, küçədə yatan həmin qadınların probleminin həlli istiqamətində müəyyən addımlar irəli atmalıdır.

Şəhindoxt Mövlaverdinin bildirdiyinə görə, İranda yoxsulluq, kimsəsizlik və məcburiyyət qarşısında gecələr küçələrdə yatan qadınların orta yaş həddi 32 yaşdır.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed