Şrift:
Güney Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb
13.07.2015 [11:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində iqtisadi-ictimai problemlər digər sahələrdə bir çox problemlərə səbəb olur.
Qərbi Azərbaycan Vilayətinin əmlak və sənədlərin qeydiyyatı idarəsinin baş müdiri bu vilayətin jurnalistləri ilə keçirdiyi mətbuat konfransında bildirib ki, “Qərbi Azərbaycanda evlənmə və boşanma halları yaxşı vəziyyətdə deyil və nigaranlığa səbəb olmaqdadır”. Bu barədə GAMAC təşkilatının rəsmi saytında xəbər yayılıb.

Əmir Cavankianın sözlərinə görə, “1394-cü ilin (hicri-şəmsi təqvimi ilə) birinci 3 ayında Qərbi Azərbaycanda 9037 nikah qeydə alınıb, bu rəqəm keçən il eyni müddətdə 9400 olub. rəqəmlərin arasındakı fərq nikah sayısında 4 faiz azalma göstərir. Həmçinin nikah və boşanma mərkəzləri qeyd olunan müddətdə 1480 boşanma qeydə alıblar, bu rəqəm keçən il 1380-dan ibarət olub. Aradakı fərq boşanma hallarında 7 faiz artım göstərməkdədir.”

Cavankia diqqətə çatdırıb ki, “bu proses 1390-cı ildən başlayıb və o zamandan bəri hər il Qərbi Azərbaycanda nikahların sayında azalma və boşanmaların sayında artım müşahidə edilir.”
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed