Şrift:
Ermənistan Prezidenti Serj Sarkiysan konstitusiya islahatları altında kriminal hakimiyyətinin ömrünü uzatmağı düşünür.
13.07.2015 [10:22] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Belə ki, ölkənin əsas qanununa edilməsi planlaşdırılan dəyişikliklərdən biri parlament spikerinin və Baş nazirin ardıcıl iki dəfədən artıq seçilməsini nəzərdə tutur. Digər islahat isə Ermənistanın parlament üsul-idarəsinə keçməsindən ibarətdir.

2008-ci ildən Ermənistanda hakimiyyəti vətəndaşlarını öldürməklə qəsb edən Sarkisyan hazırki konstitusiyaya əsasən, 2018-ci ildə prezidentliyə namizədliyini verə bilməz. Buna görə də, o, yeni konstitusiyanın verdiyi imkanla Baş nazir olaraq hakimiyyətdən bərk-bərk yapışa bilər.

Düzdür Sarkisyan ötən il Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib, lakin Prezidentin sözləri Ermənistanda səmimi qarşılanmayıb. Onun erməni xalqını ağ günə çıxartma vədləri, xalqın meydanlara çıxması reallığı ilə əvəzlənib. Üstəlik həmin vaxt parlament spikerinin və Baş nazirin arıdıcıl iki dəfədən artıq seçilməsi məsələsi dəqiq deyildi.

Ölkənin əvvəlki prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanın taleyini yaşamaq istəməyən Sarkisyan kreslosunu möhkəmləndirmək üçün “qanuni əsas” hazırlayır. O, kənardan Ermənistanın necə talan ediliyinə baxmağı deyil, bilavasitə bu talanın aktiv iştirakçısı olmaq istəyir. Necə də olmasa, hakimiyyət çox şirindir.

Əgər Sarkisyan, sözünün üstündə dursa belə, parlament sistemi sayəsində hakimiyyət yenə onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası dominantlığı altında qalacaq, çünki ölkədə hakim partiyaya rəqib olacaq siyasi qüvvə yoxdur. Sarkisyan partiyanın əsas dirijoru kimi ölkəni yenə də öz istədiyi kimi idarə edə biləcək.

Ermənistanda müxalif partiyaların siyasi ideologiyası yoxdur. Onlar mövcudluğunu qorumaq üçün vəsaait əldə etmək məqsədilə məcbur olaraq bu və ya digər inhisarçısının dediyi ilə oturub dururlar. Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına etiraz edən xalqı müxalif partiyalardan açıq dəstək gəlməməsi də bunun bariz nümunəsidir. Şantaj, cinayət yolu ilə müxalif qüvvələri sıradan çıxaran Sarkisyan hakimiyyətə qarşı dirənən partiyalara xalqdan oğurladıqlarının bir hissəsini verməklə öz tərəfinə çəkə bilər. “Çiçəklənən Ermənistan” partiyasının keçmiş rəhbəri Qarik Sarukyan maneəsi məhz sonuncu metodla aradan götürüldü.

Digər tərəfdən, Sarkisyan istəyinə çatsa, demək olar ki, bu belə də olacaq o zaman Ermənistanda Dağlıq Qarabağ klanının hakimiyyəti yerli erməniləri əzməkdə davam edəcək.

Ümumiyyətə bu, konstitusiya islahatlarının aparılması üçün nə daxildən, nə də xaricdən təzyiqlər edilirdi. Sarkisyan bu ideya sayəsində bir tərəfdən beynəlxalq aləmdə Ermənistanın “demokratiya” yolunda irəlilədiyini göstərməyə çalışır, digər tərəfdən isə uzunömürlü hakimiyyətin eliksirini hazırlayır.

Halbuki ölkədə feodalizm quruluşunun əlamətləri açıq-aydın görünür. Ölkədə yalnız feodal və kəndli sinfi var. Baş feodal olan Sarkisyan ölkədə siyasi və iqtisadi monopoliya yaradıb. O, “oğurluq imperiyasını” gücləndirmək üçün ölkənin regionlarına yaxın insanlarını feodal təyin edərək yerli əhalini soyur.

Görünən odur ki, ermənilər hələ uzun müddət Sarkisyan bəlasından qurtara bilməyəcəklər. Necə deyərlər Sarkisyanla talana davam!

Məftun Salmanov - Trend:
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed