14.07.2015 [19:55] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Saken Jasuzakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nəsayesi Nazirliyindən (MSN) verilən məlumata görə, nazir nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyətinin MSN-in bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi də nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |