14.07.2015 [20:52] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu da AZAL-ın uçuşlarının həddindən artıq baha olması ilə bağlıdır. Qeyd edək ki, xaricə səfərə yollananlar qiymət artımını ən çox Türkiyənin və Tiflisin aviaşirkətlərti ilə müqayisə edirlər. Məlum olur ki, eyni tur paketlərini Gürcüstandan bir neçə dəfə ucuz qiymətə əldə etmək mümkündür.
Artıq qeyd olunan problemlə bağlı sosial şəbəkələrdə də kampaniya başladılıb. Kampaniyaya qoşulanlar AZAL-ı soyğunçuluqda ittiham edirlər. Ölkə başçısı İlham Əliyev də ötən gün Nazirlər Kabinetinin iclasında AZAL-ın bilet qiymətləri ilə bağlı sərt çıxış edib. Sitat: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”
Fərəc Quliyev isə bildirib ki, əhalinin vəziyyətinə uyğun olaraq tariflərdə dəyişiklik etmək mümkündür: “Ola bilər ki, bu halda AZAL istədiyi qazancı götürməsin. Amma əhalinin sosial durumunu, dünyada baş verən prosesləri, nəzərə alaraq qiymətlərdə dəyişiklik etmək lazımdır. Xüsusilə Naxçıvan reyslərində dəyişikliyi vacib hesab edirəm. Bura blokada şəraitində yaşayan bir yerdir. Əhalinin imkanı yoxdur ki alternativ yollardan istifadə etsin. Ölkənin turizmin inkişaf emtəsi baxımından həm mehmanxana, həm bilet qiymətlərinin aşağı salınmasına ciddi ehtiyac var. Qısa zamanda ərzində böyük qazanc götürülməsə də, amma uzunmüddətli qazanc əldə etmək mümkündür. Bizim ölkənin buna imkanları var. Biz turizmi inkişaf etdirmək istəyiriksə, rəqib kampaniyalardan aşağı qiymət təklif etməyi bacarmalıyıq”.

Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |