23.01.2012 [11:51] - Gündəm
İran 90 il öncə Rusiya ilə bağlanılmış anlaşmaya ümid edir
İran rejimi neqativ qüvvələrə söykənərək məkrli siyasətini irəli sürmək ənənəsini hələdə unutmayıb.İran siyasətinin bu ənənəsi tarix boyu həm ölkə əhalisi və həmdə dünya ictimaiyyətinə ziyan gətirib. Belə hallar insanı istər-istəməz mərhum Pişəvəri dönəminə aparır, rus-fars işbirliyi və “21 Azər” faciəsini xatırladır.“Ans press”-in yaydığı aşağıdakı xəbər, yenədə İranın neqativ qüvvələrə olan ümidinin tükənmədiyindən xəbər verir. Rusiyaya ümid edən İran, bu dəfə arxivlərə üz tutub.
“Fars hökuməti Rusiya Sovet hökumətinin xəbərdarlığından sonra mövcud olan təhlükənin qarşısını ala bilməsə, Rusiya Sovet Hökuməti özünümüdafiə maraqlarına görə qoşunlarını Fars ərazisinə daxilə edə və lazımi hərbi tədbirlər görə bilər”. Sən demə, bu, 1921-ci ildə RSFSR və o vaxtı Fars adlanan İran arasında mövcud olan anlaşmada deyilir.
İran ətrafında mövcud olan gərgin şəraiti və hələlik ləvğ edilməyən bu anlaşmanı nəzərə alaraq iki ölkə arasında olan bu anlaşma qəfil qeyri-adi şəkildə aktuallığını geri qaytarmış olub. İranın Moskvadakı səfiri Seyd Mahmud Səcadi mətbuat konfransında 90 illik keçmişi olan bu sensasiyalı (cəncali) xəbəri şərh edib. Diplomat “İran belə imkandan istifadə edə bilərmi?” sualını olduqca diplomatik, bir az da qeyri-müəyyən cavablandırıb.
Onun sözlərinə görə, bu anlaşmanın imzalanmasından uzun müddət keçib. Fars dövləti isə indi inqilabdan sonra tamamilə müstəqil olan İran İslam Respublikası adlanır.
İranın sərhədlərində baş verən digər hadisələri isə səfir qısa və ağıllı cavab verib. ABŞ-ın (Amerika Birləşmiş Ştatlar) İranı provakasiyada ittiham etmək məsələsinə gəlincə isə Seyd Mahmud Səcadi deyib ki, elə Amerikanın onun ölkəsinin sahillərində olan aviadaşıyıcı (uçaq daşıyıcı) qrupların olması artıq provakasiyadır: “Bu gəmilər niyə bizim sahillərimizə gəliblər? Balıq tutmağa?”
Səfir İrana qarşı tətbiq edilən neft embarqosuna da münasibət bildirib. O deyib ki, ölkəsi ABŞ-ın siyasətindən asılı olmayan ölkələri neft satmağı üstün tutur.
Sonda iranlı səfir ölkəsinin qüdrətindən danışıb. Seyd Mahmud Səcadi Şərqdə İran üzərində qələbə asan olmayacaq- cəmiyyətdə müxalifət yönümü əhval-ruhiyyə əhalinin cəmi 5% təşkil edir və vəziyyəti Misir, Tunis, Liviya ilə müqayisə etmək mümkün deyil.
Vaşinqton İranla bağlı Moskva ilə müzakirələr aparır
ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı sanksiyaların sərtləşdirilməsiylə bağlı Rusiya ilə müzakirələr aparır.
“İran neftin satışından əldə etdiyi gəliri nüvə proqramının həyata keçirilməsinə sərf edir”.Bu barədə ABŞ Dövlət Departamentinin (xarici işlər nazirliyi) mətbuat katibi Viktoriya Nuland açıqlama verib. O bildirib ki, İrana qarşı sanksiyaların (təhrim) sərtləşdirilməsi ilə bağlı ölkəsi müttəfiq dövlətlərlə müzakirələr aparır: “Moskvada ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns Rusiya rəsmiləri ilə görüş keçirib. Danışıqlarda İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Biz Rusiya rəsmiləri ilə İranın Mərkəzi Bankına sanksiya tətbiq edilməsi və ABŞ-a müttəfiq ölkələrin İrandan aldığı neftin azaldılması haqqında da danışıqlar aparmışıq”. Viktoriya Nuland əlavə edib ki, İran dünya ictimaiyyətini əmin etməlidir ki, nüvə proqramından ancaq sülh məqsədilə istifadə edəcək və bu fəaliyyəti qətiyyən hərbi məqsəd daşımayacaq.
Rasim Ağayev: “Tehran Azərbaycan faktorunu heç vaxt unutmamalıdır”
"Hakimiyyətə inqilab yolu ilə gəlmiş əksər rejimlər kimi, İran rəhbərliyi də inqilabı ölkədən kənara da yaymağa çalışır".
Bunu politoloq (siyasi şərhçi) Rasim Ağayev Day.Az saytına açıqlamasında İran KİV-də (kütləvi informasiya vasitələri) aparılan antiazərbaycan təbliğatına münasibət bildirərkən söyləyib. O, hesab edir ki, İran hakimiyyəti özünü müsəlman dünyasının ideoloji lideri sayır.
"Əhalisinin əksəriyyəti şiə olan Suriya və İraq kimi ölkələrə İranın təsiri çox böyükdür, - deyə R.Ağayev bildirib. - Azərbaycan cəmiyyətinin bəzi seqmentlərində (hissə, təbəqə) də İranın təsiri hiss olunur. Tehran ölkədən kənarda ideoloji ekspansiya (toseə) ilə məşğul olur. Məqsəd islam inqilabının yayılmasıdır. Bəzi məqamlarda bu ideoloji ekspansiya daha aqressiv (saldırqan, mühacim) xarakter (mahiyyət) alır. Ola bilsin ki, hazırda məhz belə kritik (böhrani) məqamdır".
Politoloq Azərbaycanın bir çox dövlətlərlə münasibət qurduğunu xatırladıb:
"Məsələn, bizim İsraillə yaxşı münasibətimiz var. Bəli, bu, İranı qane etmir. Tehran istəyir ki, biz başqa siyasət yürüdək. Amma o, özünün hansı çətin durumda olduğunu unutmamalıdır. İrana qarşı beynəlxalq koalisiya (etilaf, birlik) yaranır. Bəzi ekspertlər (karşünaslar) İrana qarşı hərbi əməliyyatların başlanılmasının vacibliyini də bildirirlər. Məsələn, Zbiqnev Bjezinski İranın parçalanacağı Yaxın Şərq layihəsi haqda açıq danışır".
R.Ağayev hesab edir ki, bu baxımdan Tehran Azərbaycan faktorunu heç vaxt unutmamalıdır. Bu baxımdan rəsmi Tehran İran KİV-nin yaydığı məlumatlarla bağlı Bakı ilə daha dayanıqlı anlaşma əldə etməlidir. Düşünürəm ki, bu məsələdə ortaq məxrəcə gəlmək olar".
İranda qız və oğlan şagirdlərinin dərslikləri də fərqlənəcək
Nazir Həmid Rza Hacıbabayi deyib ki, yeni qayda ölkənin təhsil sisteminə uyğundur, bir halda ki qız və oğlan şagirdlər ayrı-ayrı siniflərdə təhsil alırlar, onların dərsliyi də fərqli olmalıdır.Universitetlərdə oğlanlarla qızların bir qrupda təhsil alması “pişiyin qabağına ət qoymaqdır”. Bunu hələ 2009-cu ildə İranın ali dini lideri Xameneyinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsi Hüccətül-İslam Nəbiullah Fəzləli demişdi. Daha sonra - keçən ilin avqustunda (August) isə İranın Təhsil Nazirliyi orta məktəblərdə qızlarla oğlanların ayrı-ayrı siniflərdə təhsil alması qaydasını məktəbəqədərki təhsil müəssisələrinə də aid etdi. İndi isə nazirlik daha bir qayda tətbiq edir: oğlan və qız şagirdlər üçün fərqli dərsliklər yazılmalıdır. Təhsil naziri belə dərsliklərin tezliklə çap ediləcəyini bildirib. Nazir Həmid Rza Hacıbabayi yanvarın 16-da Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, yeni qayda ölkənin təhsil sisteminə uyğundur, bir halda ki qız və oğlan şagirdlər ayrı-ayrı siniflərdə təhsil alırlar, onların dərsliyi də fərqli olmalıdır. Nazir onu da deyib ki, gələn il ölkədə genişmiqyaslı təhsil islahatları həyata keçirilməyə başlayacaq. Bu, təhsildə bütün sahələr, o cümlədən müəllimlər, siniflər, kitablar, tədris metodları və s. ilə bağlı olacaq. Amma Hacıbabayi islahatın detallarını açıqlamayıb.
İranda yeni rekord: Dollar 1900 tümən, sikkə 900 min tümən
Bir halda ki, banklar qızıl sikkə qiymətini 770 min elan edirlər, amma sikkə qiyməti bu gün 900 min tümən alış- veriş olundu.
İranın yanlış siyasəti həyəcan və sabitsizliyi artırmışdır. Bazarda olan nağd paranı kontrol etməmək, indi İran dövlətinin iqtisad qrupu üçün böyük bir problemə çevirilmişdir.
Sonda, mərkəzi bank, sikkənin 546 min tümən qiymət və satılan sikkələri dörd ay sonra verəcəyini bildirməklə bir həddə qədər banklarda sıra ilə dayanıb nağd sikkə alanların sayını azalda bilmişdir.
Mərkəzi bankın gözləntisinə baxmayaraq bu önsatışlı sikkə elə də insanlar tərəfindən qarşılanmamışdır. Bu metod uğur qazansaydı Valyuta bazarını kontrol edə biləcək idi.
Bu proqramın uğursuzluğu nəticəsində bu bazardan sərmayələr valyuta bazarı doğru axın etdi. Belə ki, keçən həftədə, valyuta bazarı həyəcanlı fəaliyyətlərlə 1600 və 1700 tümən qiymətlərini geridə qoydu və 1800 tümənə qədər irəlilədikdən sonra bu məsələ dəllalların xiyaban və bazarlar qırağında fəallıqlarına gətirib çıxardı.
Mərkəzi bank yeni siyasətlə valyuta satışını qadağan etmək və alış- verişi bir suç olaraq gördüyü və rəsmi olmayan mərkəzlər və fərqlərin dollar saxlamağı ilə və dolları qiymətini fərmanla 1400 tümən elan etməklə, nağd pulu və həyəcan fəaliyyətlərini valyuta bazarından sikkə bazarına doğru yönəltdi və sikkənin bazarı yenidən qızışdı.
Söyləmək lazımdır, indiki halda qızıl dünya bazarında ən yüksək qiymətindədir və sikkənin qiymətinin artması da bununla bağlıdır. Dünya bazarlarında qızılın son qiyməti 1666 dollardır.

Bu xəbər oxucular tərəfindən 1566 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |