15.07.2015 [13:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranla Qərb arasında yekun nüvə razılaşmasının əldə edilməsindən az sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano iyulun 14-də jurnalistlərə açıqlamasında tərəflər arasında əldə edilən yekun sazişdən danışıb.
Amano deyib ki, Tehranla Qərb aerasında uzun müddətdir aparılan nüvə danışıqları artıq başa çatıb: “İranla 5+1 qrupu yekun nüvə razılaşmasının son mətnini imzalayıblar. Həmçinin məsələnin həlli ilə bağlı İranla agentlik arasında da saziş imzalanıb. Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sazişi İran prezidentinin müavini və İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Vilayəti imzalayıb”.
Amano yekun razılaşmanın mətnindəki detalları açıqlamayıb.
Qeyd edək ki, İranla Qərb arasında 13 illik nüvə danışıqları iyulun 14-də başa çatıb və tərəflər arasında yekun razılaşma əldə edilib.

Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |