15.07.2015 [13:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama İyulun 14-də Vyanadakı nüvə müzakirələrinin rəsmən başa çatmasından sonra ictimaiyyətə bəyanat yayaraq İranla 5+1 qrupu arasında əldə edilən yekun razılaşmadan və onun bəzi detallarından danışıb.
Obama deyib ki, İranla nüvə razılaşmasının əsası etimad yox, nəzarət üzərində qurulub: “Bundan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri istədikləri hər bir vaxtda və hər bir yerdə İranın nüvə təsisatlarına baxış keçirə biləcəklər. İran, Ərakdakı təsisatın fəaliyyətini dəyişəcək və onun ağır su istehsal edən zavodunun fəaliyyəti 15 ilə qədər dayandırılacaq. Bundan başqa İran, quraşdırdığı sentrifuqaların üçdə ikisindən istifadəni dayandıraraq onlara nəzarəti agentliyə buraxacaq.
Hazırda İran mövcud imkanları ilə 10 atom bombası istehsal etməyə qadirdir. Lakin əldə edilən yekun razılaşmaya görə onun bir daha belə bir imkanı olmayacaq. Daha doğrusu, bu razılaşma ilə İranın nüvə silahına yiyələnməsinin bütün yolları artıq bağlanıb. Bizim İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bu razılaşmadan başqa ssenarimiz yoxdur. Çünki bu razılaşma olmadan İranın nüvə proqramını dayandırmaq mümkün deyildi. Ən pis variantda isə əgər İran məsələnin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozsa, bu kimi hallarda ABŞ prezidentlərinin səlahiyyətində olan bütün seçimlər yenidən gündəmə gələcək”.

Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |