Şrift:
Güney Azərbaycanda kürd gəncləri PJAK terror qruplaşmasına cəlb olunur
15.07.2015 [13:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qərb bölgəsində İraq Kürdistanı podratçıları pul müqabilində kürd gənclərini Pjak terror qruplaşmasına cəlb edir.
İran saytlarında yayılan məlumatda bildirilir ki, “Pjak öz qüvvələrini artırmaq üçün yeni ssenariyə əl atıb və iraqlı podratçılardan istifadə edərək kürd gənclərini terrora cəlb edir. Onlar Qərbi Azərbaycanda kürdlərin çox yaşadığı yerlərdə inşaat işlərinə götürdükləri gəncləri çoxlu pul qarşılığında ələ alırlar.”

Bu barədə kürd gənclərinə xəbərdarlıq edən “Nedaye Urmiyə” saytı bildirilir ki, bu xəbər Qərbi Azərbaycanın rəsmi məsulları tərəfindən də təsdiq edilir.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed