16.07.2015 [10:17] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi humanitar aksiya keçirib. Klinikanın həkimlərdən ibarət səyyar briqadası MEK-in və AMEA-nın digər müəssisələrindən olan əməkdaşları arasında göz müayinəsini aparıb.
İlk olaraq göz xəstəliklərindən qorunmaq məqsədilə maarifləndirmə tədbiri təşkil olunub. Milli Oftalmologiya Mərkəzinin Qlaukoma şöbəsinin əməkdaşı, həkim Mətanət Əfəndiyevanın “Göz xəstəliklərinin profilaktikası” adlı məruzəsi dinlənilib. Məruzədə bildirilir ki, günümüzdə göz xəstəlikləri və gözlə bağlı narahatlıqlar geniş yayılmış problemlərdəndir. Bu xəstəlik zamanı gözlər qaşınmamalı, dəsmal, yastıq və eynək kimi əşyalardan istifadəyə nəzarət edilməlidir. Xəstənin əşyaları ayrı olmalı, ətrafdakı bütün insanlarla təmas mümkün qədər az saxlanılmalıdır. Həmçinin bildirilir ki, bəzi dərmanların uzun müddət ərzində qəbulu belə göz xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən belə preparatlar yalnız həkimin təyinatı ilə qəbul edilməlidir. Sonra məruzədə kompüterdən uzun müddət istifadənin insanların görmə pozulmalarına gətirib çıxardığı xəstəliklərdən bəhs olunur. Bildirilir ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyir. Eyni zamanda qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir. Qeyd edilir ki, kompüterdə işləyən insan 3 dəfə az göz qırpır, nəticədə buynuzlu qişa quruyur, gözlər yanmağa başlayır, qaşınır və qızarır. Gözlərin kənarlarında olan damar toru daha aydın görünməyə başlayır. Vaxt keçdikcə bu simptomlar hətta kompüterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur.
Sonra tədbirdə həkim M.Əfəndiyeva dinləyiciləri maraqlandıran sualları cavablandırıb, göz sağlamlığının qorunması qaydalarına dair tövsiyyələrini verib.
Daha sonra müayinə aksiyasına başlanılıb. Milli Oftalmologiya Mərkəzinin peşəkar oftalmoloqlardan ibarət həkim heyəti müasir diaqnostik avadanlıqlarla təhciz olunmuş xüsusi otaqda onlara müraciət edənlərin gözlərini oftalmoloji müayinə edib, görmə qabiliyyətlərini yoxlayıb, gözdaxili təzyiqlərini ölçüb. Müayinə zamanı onların gözlərinin ilkin diaqnostikası təyin olunub, lazımi məsləhətlər verilib.
Sonda Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi bu cür layihələr sağlamlığa göstərilən qayğı kimi aksiya iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Ruslan Kərimov
AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |