16.07.2015 [14:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
«Hazırda Avropada ailə deyilən bir institut qalmayıb»
Avropada mənəvi böhranın təzahür formaları...
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən müşavirəsində Avropada gedən mənəvi və maddi böhrandan danışıb:
«Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əminamanlıq, mehriban qonşuluq meylləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu bizi narahat edir.
Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır».
Avropada gedən maddi böhran barədə məlumatımız var. Bəs, Prezident mənəvi böhran deyəndə nəyi nəzərdə tutub? Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Avropada mənəvi deqradasiyanın getdiyini avropalılar özləri də etiraf edir: «Həmin ölkələrin çoxu maddi cəhətdən varlıdır. Bəzilərinin iqtisadiyyatı sürətlə inkişaf edir, ancaq buna baxmayaraq, iqtisadi böhrandan yaxa qurtara bilmirlər. Avropa ölkələri öz ekspansionist maraqlarını da yeritməkdən əl çəkmirlər. Hazırda müharibə ilə hansısa ölkəni işğal etmək əlverişli sayılmır. Bunun üçün əhalinin beynini dəyişib, sonra özlərinə uyğun bir hakimiyyət formalaşdırmağı düşünürlər. Bunun üçün həm öz nəzarətlərində olan 5-ci kolondan, həm də müxtəlif təbliğat vasitələrindən yararlanırlar. Filmləri, müxtəlif ədəbiyyatları buna misal göstərə bilərik. Ancaq gəlin görək, Avropanın bizə aşılamaq istədiyi nədir? Hər halda yaxşı nəsə deyil. Çünki Avropada sürətli mənəviyyat deqradasiyası gedib. Eynicinslilərin evlənməsinə icazə verilirsə, hansı mənəviyyatdan danışa bilərlər? Hazırda Avropada ailə deyilən bir institut qalmayıb. Bu mənada Prezidentin fikirlərilə tam razıyam.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |