Şrift:
Netanyahu: İranla nüvə razılaşması tarixi bir səhvdir
16.07.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin baş naziri Benyamin Netanyahu iyulun 14-də jurnalistlərə açıqlamasında Qərblə İran arasında Vyanadakı yekun nüvə razılaşmasına münasibət bildirib.
Netanyahu deyib ki, 5+1 qrupu, nüvə məsələsində İranla razılığa gəlməklə tarixi bir səhvə yol verib: “İran, nüvə silahına doğru aparan bir yolda möhkəm addımlarla irəliləyir və onun qarşısını almaq üçün indiyə qədər görülən tədbirlər bu razılaşmadan sonra aradan qaldırılır. Bu isə böyük və tarixi bir səhvdir.

Sanksiyaların ləğvindən sonra İran, əlinə gələcək milyardlarla dollar gəlirlə dünyada terrorçuluqla bağlı fəaliyyətini davam etdirmək imkanına malik olacaq”.

Netanyahu bildirib ki, o ABŞ Konqresində bu razılaşmanın rədd edilməsi üçün əlindən gələni edəcək.

Qeyd edək ki, İranla Qərb arasında 13 illik nüvə danışıqları iyulun 14-də başa çatıb və tərəflər arasında yekun razılaşma əldə edilib.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed