16.07.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının bir sıra tanınmış üzvləri Qərblə İran arasında əldə edilən nüvə razılaşmasına kəskin etiraz bildiriblər.
Cənubi Karolina əyalətindən seçilən, Respublikaçılar Partiyasından prezidentliyə namizəd, senator Lindsey Graham iyulun 14-də Vyanadakı razılaşmadan danışaraq deyib ki, bu razılaşma İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcək: “Bu dəhşətli bir razılaşmadır və hər şeyi əvvəlkindən də pisləşdirəcək. Mən 10 il müddətinə böyük bir faciənin şahidi ola biləcəyimizdən çox nigaranam.
Hesab edirəm ki, hansı senator bu razılaşmaya səs versə, demək olar ki, o, əslində Orta Şərqdə nüvə silahı yarışmasına səs vermiş olacaq. Bu isə dövlət terrorizminin ən böyük himayədarına 18 milyard dollar pul vermək deməkdir. Sizcə onlar (iranlılar) bu pulla nə edəcəklər. Aydın məsələdir ki, bu pullar Bəşər Əsədə, Livan “Hizbullah”ına və “Həmas”a göndəriləcək. Bu razılaşma ilə əmin olun ki, ərəb ölkələri də nüvə gücünə yiyələnmək istiqamətində hərəkətə başlayacaqlar. Siz İsraili çətin vəziyyətdə qoyubsunuz. Əgər bu razılaşmadan geri çəkilməsəniz, bu İsrailin ölümü düməkdir. Siz insanları təhlükə ilə üz-üzə qoyubsunuz”.
Qeyd edək ki, İranla Qərb arasında 13 illik nüvə danışıqları iyulun 14-də başa çatıb və tərəflər arasında yekun razılaşma əldə edilib.

Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |