16.07.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Heyran yoqquşunu Güney Azərbaycanın Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi bir neçə ildir zaman-zaman müzakirə mövzusuna çevrilir.
Son günlərdə Ərdəbil vilayətində yerləşən Heyran yoqquşunda Gilan vilayətinin rəsmi idari tablosunun qaldırılması yenidən azərbaycanlıların etirazına səbəb olub.
Azərbaycanlı milli-mədəni fəallar sözügedən məntəqəni Gilan vilayətinə ilhaq etməklə bağlı xəbərdarlıq ediblər. Ötən il Dünya Ana Dili Günündə Ərdəbil vilayətində yayılan Bildiridə milli-mədəni fəallar Azərbaycan ərazisinin parçalanması xüsusi ilə də Heyran yoqquşunun Gilan vilayətinə verilməsi ilə bağlı xəbərdarlıq ediblər.
Bildirinin bir hissəsində deyilir ki, “Mərkəz tərəfindən təyin edilmiş nümayəndələrin səssiz qalması, Qərbi Azərbaycanın bir məntəqəsini Kürdistan vilayəti və stratejik Heyran yoqquşunu Gilan vilayətinə ilhaq edilməsi üçün zəmin yaradır.”
Bildiridə vurğulanıb ki, “şübhəsiz ki, Ərdəbilin cəsarətli və oyanıq əhalisi bütün Azərbaycan əhalisinin yardımı ilə Azərbaycan ərazisinə göz tikənlərin layiqli cavabını verəcək.”

Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |