Şrift:
Urmiyada türkcə lövhələr yenidən əvvəlki yerlərində quraşdırılıb
16.07.2015 [14:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiya şəhərində son aylar küçə və məhəllələrin adlarını göstərən türkcə lövhələrin yığışdırılması şəhər sakinləri tərəfindən böyük narazılıqla qarşılanmışdı.

Bəzi mənbələrdə lövhələrin Qərbi Azərbaycan valisi Qurbanəli Səadətin əmri ilə qaldırıldığı haqda məlumat verilib.

Urmiya vətəndaş hüquqları müdafiəçiləri, habelə Durna News müxbirinin davamlı səyləri nəticəsində Urmiya Şəhər Şurası və bələdiyyə sədri lövhələrin geri qaytarılması haqda qərar qəbul edib. Bunun nəticəsində lövhələr yenidən əvvəlki yerlərinə quraşdırılıb.

Qeyd olunur kı, Urmiya şəhər şurasının qərarına əsasən, bir il əvvəl küçə və məhəllələrin farscaya çevrilmiş adlarının göstərildiyi lövhələr yığışdırılıb və onlar yenidən türkcə orijinal adlarının yazıldığı lövhələrlə əvəz edilib.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed