16.07.2015 [17:06] - Gündəm, Mədəniyyət
"Hotellərin qiymətləri ilə bağlı yaxın vaxtlarda qərarımızı və tövsiyələrimizi verəcəyik". Mədəniyyət və Turizm Nazirliyinin saytının verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oğuzda keçirilən vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Hazırda nazirlik tərəfindən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində konkret işlərin görüldüyünü bildirən Ə.Qarayev deyib: "Biz bu işlərin üç istiqamət üzrə aparılmasını nəzərdə tuturuq. Sözsüz ki, bu istiqamətlər özlüyündə daha geniş spektrdə əhatə olunacaq. Birinci istiqamət Azərbaycana xaricdən gələnlərin vizalarının verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlıdır".
Nazir bildirib ki, ikinci istiqamət üzrə nazirliyin üzərinə düşən vəzifə bölgələrdə yerləşən hotellərin fəaliyyəti ilə bağlıdır: "Biz hər mövsüm hotellərlə bağlı monitorinqlər aparırıq. Bu monitorinqlər konkret olaraq həm keyfiyyət, həm qiymət baxımından tam aydın mənzərəni bizə göstərəcək. Regionlarda mövcud olan bütün hotellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub. Artıq rayon icra hakimiyyətlərinin rəhbərlərinə, yerli sahibkarlara, müxtəlif qurumlara tövsiyə edilib ki, regionlarda yeni tikilən hotellər və yaxud turizmin inkişafı ilə bağlı atılan hər hansı bir addım mütləq nazirlikdə mövcud standartlara uyğunlaşdırılmalıdır. Bu gün qanunvericilikdə mütləq standartlaşma məsələsi yoxdur. Biz hesab edirik ki, bu gün hər hansı bir hotelin, motelin, qonaq evinin tikintisi zamanı sahibkar mütləq onun standartlarını Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müəyyənləşdirməlidir. Çünki bu standartlar həm də qiymətlərin tənzimlənməsinə ciddi təsir göstərəcək. Yalandan yazırlar ki, hotel üç və ya dörd ulduzludur. Ancaq real olaraq bu hotellərin standartları təqdim edilən xidmətlərin standartlarına heç cür uyğun gəlmir. Ona görə də biz artıq tələb edəcəyik ki, qiymətlər qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılsın. Düşünürəm ki, bununla xidmətlərin keyfiyyətinin müvafiq qiymətə münasib olmasını təmin edə bilərik. Sözsüz ki, bu, bir-iki günün məsələsi deyil. Bu mövsümdə bizə tam mənzərə aydın olacaq və biz bütün təhlilləri aparıb, yaxın vaxtlarda qiymətlərin daha məntiqli olması barədə öz qərarımızı və tövsiyələrimizi verəcəyik".
Mədəniyyət və turizm naziri bildirib ki, üçüncü istiqamət nazirliyin üzərinə düşür: "Nazirlik regionlarda turizm xidmətlərinin səviyyəsinin, onların çeşidliyinin, müxtəlifliyinin, mədəni xidmətlərin səviyyəsinin artırılması, gələcək turistlərin daha aktiv istirahətinin təşkilinə dair tövsiyələr hazırlayır. Bu məsələ Oğuzda keçirilən qəbul zamanı da ətraflı müzakirə olunub".

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |