Şrift:
Gürcüstanda sürücü vəsiqəsi tələb olunmayacaq
02.10.2011 [11:35] - Gündəm
Gürcüstanda sürücü vəsiqəsinin gəzdirilməsini icbari edən qayda ləğv olunub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə Tbilisidə keçirilən brifinqdə daxili işlər naziri Vano Merabişvili elan edib.
“Bu yenilik vətəndaşların həyatının, habelə ölkə ərazisində sərbəst hərəkətin daha da asanlaşmasına yönəlib”, - Vano Merabişvili bildirib.
Oktyabr ayından yol polisi sürücülərdən nəqliyyat vasitəsinin texniki pasportunu də tələb etməyəcək.
Avtomobili saxlayarkən polis lazım olan məlumatı mərkəzləşmiş kompyuter bazasından əldə edəcək.
Müvafiq sistemlə bütün polis maşınları təchiz olunub.
İndiyədək maşını “pravasız” idarə edən sürücülərə 15 larilik ( təqribən 9 dollar) cərimə tətbiq olunub.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed