17.07.2015 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olublar. Son vaxtlar Heyran gədiyinin də Ərdəbil vilayətindən ayrılıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi zaman-zaman mətbuatın gündəminə gəlir və hər dəfə ciddi etirazlara səbəb olur.
Bu dəfə isə Ərdəbil vilayətinin şərqində yerləşən "Heyran gədiyi"-ndə Gilan vilayətinin lövhəsinin quraşdırılması xalqın geniş etirazına səbəb olub.
Astara-Ərdəbil yolu üzərində Ağ Çay - Heyran Gədiyi arası inzibati baxımından Ərdəbil vilayətinə bağlıdır.
Son günlərdə Gilan vilayətinin tərkibində olan Astara şəhər məsulları yol üzərində “Gilan vilayətinin Astara şəhərinə xoş gəlmisiniz” lövhələrini quraşdırması Azərbaycan xalqı, Ərdəbil millət vəkili, habelə yerli qəzetlərin etirazina səbəb olub.
Ərdəbil millət vəkili Kəmaləddin Pirmüəzzin bildirib ki, Astara – Ərdəbil yolunun Gilan əyalətinə verilməsi açıq yalandır. Adı çəkilən lövhələr Ərdəbil xalqının qəzəbinə səbəb olduğu üçün dərhal götürülməlidir.
Gilan rəsmilərinin Ərdəbil ərazisində lövhə quraşdırmasına Azərbaycan milli fəalları da sərt etiraz bildiriblər.
Ərdəbil milli fəalları adı çəkilən lövhələri rəngləyərək yerində “Ərdəbil” və “Azərbaycan” sözləri yazıblar.
Bu məsələ bir neçə gündür Güney Azərbaycan mətbuatı və sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunur və azərbaycanlıların kəskin etirazının gündən-günə artdığı müşahidə olunur.
Bir müddət öncə isə azərbaycanlı milli-mədəni fəallar sözügedən məntəqəni Gilan vilayətinə ilhaq etməklə bağlı xəbərdarlıq ediblər. Ötən il Dünya Ana Dili Günündə Ərdəbil vilayətində yayılan Bildiridə milli-mədəni fəallar Azərbaycan ərazisinin parçalanması xüsusi ilə də Heyran Gədiyinin Gilan vilayətinə verilməsi ilə bağlı xəbərdarlıq ediblər.
Bildirinin bir hissəsində deyilir ki, “Mərkəz tərəfindən təyin edilmiş nümayəndələrin səssiz qalması, Qərbi Azərbaycanın bir məntəqəsini Kürdistan vilayəti və stratejik Heyran Gədiyini Gilan vilayətinə ilhaq edilməsi üçün zəmin yaradır.”
Bildiridə vurğulanıb ki, “şübhəsiz ki, Ərdəbilin cəsarətli və oyanıq əhalisi bütün Azərbaycan əhalisinin yardımı ilə Azərbaycan ərazisinə göz tikənlərin layiqli cavabını verəcək.”

Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |