Şrift:
Xamneyi: Qarşı tərəfdəki altı dövlətdən bəzilərinə heç cürə etimad etmək olmaz
17.07.2015 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri ayətullah Əli Xamneyi iyulun 15-də ölkə prezidenti Həsən Ruhaninin Qərblə Vyanadakı nüvə razılaşması ilə bağlı ona yazdığı məktubuna cavab verib.
Xamneyinin prezident Ruhaniyə yazdığı məktubunda deyilir ki, hökumət razılaşmadan sonra qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməmədiyini həmişə diqqət mərkəzində saxlamalıdır: “Bu müzakirələrin başa çatması mühüm bir addımdır. Bununla belə lazımdır ki, hökumət əldə edilən bu razılaşmanın mətnini diqqət mərkəzində saxlayaraq qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl edib-etmədiyinə fikir versin.

Qarşı tərəfin razılaşma şərtlərini poza bilməsi yolları bağlanmalıdır. Yaxşı bilirsiniz ki, qarşı tərəfdəki altı dövlətdən bəzilərinə heç cürə etimad etmək olmaz və bu mümkün deyil”.

Qeyd edək ki, İranla Qərb arasında 13 illik nüvə danışıqları iyulun 14-də Vyanada başa çatıb və tərəflər arasında yekun razılaşma əldə edilib.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed