Şrift:
Su böhranı Həmədan gölməçələrinə çatdı
17.07.2015 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində su qıtlığı və ətraf-mühit problemi yaşanır.
Həmədan vilayəti də iqlim dəyişikliyi və quraqlıq nəticəsində su böhranı ilə üz-üzə qalıb və artıq bölgədəki gölməçələr su qıtlığına tab gətirə bilmir.

Məlumata görə, Həmədanda bir neçə təbii və süni gölməçə var, lakin artıq bu gölməçələr son nəfəslərin alır.

Şirinsu, Abşinə, PirSalman, Çəmşur, Ekbatan, Ağgöl və s. kimi gölməçələrdən ancaq Ekbatan və Şirinsu gölməçələrində su mövcuddur.

Həmədan vilayəti ətraf-mühit mühafizə idarəsinin müdiri bildirib ki, “ağgöl Həmədan vilayətinin ən böyük gölməçələrindən olub, lakin göl 1388-ci ildən (hicri-şəmsi təqvimi ilə) bəri su görməyib.”

Seyid Adil Ərəbi bildirib ki, “Ağgöl gölməçəsinin qurumasında əsas səbəb qanuni və qanunsuz qazılan quyulardır. Sözügedən quyular gölməçənin su qaynağı olan Kəmican bölgəsinin su mənbələrindən istifadə etdiyinə görə gölməçə quruyur.”

Bu arada Həmədan Abfar şirkətinin müdir-amili Həmədanın 50 kəndinə tankerlərlə su daşındığı barədə məlumat verib.

Həbib Mumivənd diqqətə çatdırıb ki, “yağıntıların azalması su quyularına təsir etdiyinə görə Həmədan kəndlərində su qıtlığı problemi şiddətləyib. O yağıntıların azalması və qanunsuz quyuların qazılmasını kəndlərdə olan içməli su probleminin əsas səbəbi olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed