17.07.2015 [13:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uşaq haqları müdafiəçisi Səid Şirzadın məhkəmə iclası keçirilməyib.
Məlumata görə, məhkəmə iclası iyulun 15-də (tirin 24-də) İnqilab məhkəməsinin 15-cı şöbəsində hakim (qazı) Sələvatinin sədrliyi ilə keçirilməli idi, lakin S.Şirzad zindan geyimini geyməkdən imtina etdiyinə görə məhkəməyə aparılmayıb və bu şəkildə nəzərdə tutulan iclas keçirilməyib. Bu barədə GAMAC-ın rəsmi saytı “Herana”ya istinadən xəbər yayıb.
Bildirək ki, adını çəkdiyimiz fəal hazırda 14-cü aydır həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır. Saxlandığı müddətdə fəalın vəkili onun dosyesi ilə tanış olmaq üçün dəfələrə müraciət edib, lakin bütün cəhdlərə baxmayaraq heç bir nəticə əldə edilməyib. S.Şirzad isə bu vəziyyətə etiraz olaraq iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib. Buna baxmayaraq hələ də vəkil onun dosyesini mütaliə edib və onunla görüşə bilməyib.
Qeyd edək ki, uşaq haqları müdafiəçisi S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |