Şrift:
Azərbaycan prezidenti 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısında yer alıb
23.01.2012 [13:08] - Gündəm
“The Times” qəzetinin hazırladığı siyahıya həmçinin Barak Obama, Devid Kemeron və Angela Merkelin adı daxil edilib


Britaniyanın “The Times” qəzeti Azərbaycan prezidenti İlham Əliyevi 2012-ci ildə nüfuzlu və üzdə olan 100 nəfərin siyahısına daxil edib.Məlumata görə, tam siyahı “The Times”ın internet saytında dərc edilib.

Belə ki, bu siyahının ilk “onluğu”na Almaniya kansleri Angela Merkel, Çin Xalq Respublikası sədrinin müavini Si Tsinpin, Kembric hersoginyası Keyt Midlton, “Apple” şirkətinin vəfat etmiş rəhbəri Stiv Cobsu əvəzləmiş Tim Kuk və bu il Britaniyada 200 illiyi qeyd olunacaq yazıçı Çarls Dikkensin adı var.

Bundan başqa, “The Times”ın reytinqinə Azərbaycan prezidenti İlham Əliyevin adı ilə yanaşı Böyük Britaniyanın baş naziri Devid Kemeron, ABŞ prezidenti Barak Obama, İsrailin baş naziri Binyamin Netanyahu, Kraliça II Yelizaveta və Sarkozinin prezident seçkilərindəki əsas rəqibi Fransua Ollandın adları yer alıb.

“Azərbaycan prezidenti bəyan edir ki, Azərbaycan bu gün dünyada ən tez inkişaf edən ölkələrdən biridir. Britaniya bunu artıq hiss edib. Bakıda ticarət mərkəzlərinin və beşulduzlu mehmanxanaların sayı xeyli artıb. Bu da deməyə əsas verir ki, Bakı bu gün Xəzərin sahilindəki Dubaya çevrilir”, - deyə “The Times” qəzetinin məqaləsində qeyd olunub.

Qəzet əlavə edir ki, bu günlərdə Londonda Azərbaycan mətbəxi restoranı açılıb və Azərbaycan haqqında ingilis dilində beynəlxalq “Bakı” jurnalı nəşr olunmağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed