19.07.2015 [22:53] - Gündəm, İslam dini
Ön səngərdə keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini çatdırıb.
Döyüşçülər Müdafiə nazirinin təbrikini alqışlarla qarşılayıblar. Taqım komandiri leytenant Ələkbər Ələkbərli çıxış edərək bildirib ki, onlar heç vaxt Müdafiə Nazirliyinin diqqət və qayğısından kənarda qalmırlar. Düşmənin bir neçə metrliyində yerləşən dayaq məntəqəsində xidmət üçün hər bir zəruri şərait yaradılıb. Bütün təminat növləri üzrə təminat yüksək səviyyədədir. Şəxsi heyət qarşıya qoyulmuş əmr, göstəriş, tapşırıq və vəzifələri layiqincə yerinə yetirirlər.
Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi isə düşmənlə təmas xəttindəki əsgər və zabitlərin döyüş ruhunu daha da artırıb. Xalqımız əmin ola bilər ki, Vətən torpaqları etibarlı şəkildə qorunur və işğal altındakı torpaqlarımız da xalqımızın və ordumuzun birliyi, gücü ilə tezliklə azad ediləcəkdir.
Müdafiə nazirinin adından ön səngərdəki əsgərlərə bayram sovqatları təqdim olunub.
Bir neçə gün öncə düşmənin pilotsuz uçuş aparatını məhv etdiyinə görə qısamüddətli məzuniyyətə göndərilmiş əsgər İlkin Əliquliyevin yenidən ön səngərə qayıtması bayram münasibətilə keçirilən görüşün iştirakçılarında xoş təəssüratlar oyadıb.
Polkovnik Elçin Kərimov, “Azərbaycan Bayrağı”ordenli, Qarabağ müharibəsi veteranı Sevindik İsmayılov və digər hərbi qulluqçular çıxış edərək Azərbaycan dövlətinin və xalqının milli təhlükəsizliyinin təminatı, milli-mənəvi dəyərlərimizin qorunması naminə bundan sonra da səylərini artıracaqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |