Şrift:
Təbrizdə uyğur türkləri ilə əlaqədar tutulan fəallar sərbəst buraxılıb
20.07.2015 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, iyulun 10-da Qüds günü aksiyalarında bir qrup azərbaycanlı fəal Çin rejiminin üzlmü altında yaşayan uyğur türkləri ilə bağlı şüarlar səsləndirib və plakatlar qaldırmışdır. Bu səbəbdən Təbrizdə 4 və Əhər şəhərində 2 nəfər təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.
Məlumata görə, Təbrizdə tutulanlardan ilk öncə Hüseyn Rəxşanikia və Sevindik Lütfü sonra isə Rəsul Rəzəvi iyulun 17-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar Təbriz prokurorluğu tərəfindən sistemin əleyhinə təbliğ və ictimaiyyəti təşvişə salmaqda ittiham edilib. Təbrizdə yaxalanan dördüncü şəxsin kimliyi və vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Əhər şəhərində tutulan azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Milad Əzimi isə yaxalandıqdan bir neçə saat sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Rəsul Rəzəvi mədəni fəaliyyətlərinə görə bundan öncə də rejimin müxtəlif təzyiqlərinə məruz qalıb və həbs edilib.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed