Şrift:
6 nəfər azərbaycanlı fəal saxlanılıb - Babək qalasında
20.07.2015 [12:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 17-də (tirin 26-da) Kəleybər şəhərində 6 nəfər azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəallar Babək qalası ətəyində və qalaya gedən yolda yaxalanıblar.
Babək qalasına getmək istəyən fəallar Azərbaycanın müxtəlif şəhərlərindən olublar. Onların kimliyi bundan ibarətdir: Abbas Şadmənd (kəleybərli), Əkbər Əbulzadə ( əhərli), Fərdin Muradpur (təbrizli), Behzad Əbdi (əhərli) , Məhəmməd Rəşidi (xiyavlı) və Qasım Dəşti (əhərli).
Məlumata görə, Abbas Şadmənd, Əkbər Əbulzadə, Fərdin Muradpur və Behzad Əbdi Babək qalası ətəyində, Məhəmməd Rəşidi və Qasim Dəşti isə qalaya gedən yolda polisin yoxlama mərkəzində yaxalanıb.
Məlumata görə, nəzarət altına alınan Abbas Şadmənd ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindənmöhkəm döyülüb. Onun bir neçə dişinin sındığı və dodaqlarının partladığı da bildirilir. Qasım Dəşti isə bir neçə saat nəzarətdə saxlandıqdan sonra azadlığa buraxılıb.
Qalan fəalların saxlanma səbəbi və harada olduqları barədə hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, adı çəkilən fəallar milli və mədəni zəmindəki fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə saxlanılıb və mühakimə olunub. Onlar uzun illərdir rejimin müxtəlif təzyiqlərinə məruz qalır.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed