20.07.2015 [13:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 4 gün əvvəl tutulan astaralı fəal Cəfər Rüstəmi Rad azadlığa buraxılıb.
27 yaşlı Cəfər Rüstəmi Rad iyulun 17-də 10 milyon tümənlik mülk dirovu qarşılığında sərbəst buraxılıb. Fəal, Ərdəbilin Heyran döngəsi məntəqəsini Gilan əyalətinin bir hissəsi kimi göstərən tabloların yazılarını dəyişməkdə, onlara rəng səpməkdə və dövlət əmlakına ziyan vurmaqda günahlandırılıb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Astara şəhəri şöbəsinin əməkdaşları Cəfər Rüstəmi Radı iyulun 14-də tutub aparıblar. Fəal ETTELAAT idarəsində dindirildikdən sonra əvvəlcə məhkəməyə aparılmış, daha sonra həbsə salınmışdı.
Qeyd edək ki, Mühəqqiq Ərdəbili Universitetinin riyaziyyat ixtisası üzrə məzunu olan Cəfər Rüstəmi Rad, hazırda “Pəyam-i nur” Universitetinin sənaye mühəndisliyi ixtisası üzrə tələbəsidir. Fəal milli zəmində apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub və təhdid edilib.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |