Şrift:
Qəzvin vilayətində işsizlik hökm sürür
20.07.2015 [13:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda olan işsizlik problemindən Qəzvin vilayətinə də böyük pay düşür.
Qəzvin vilayətinin iş və ictimai rifah idarəsinin baş müdiri bildirib ki, “Qəzvin vilayətində 165578 ali təhsilli vəya ali təhsil almaqda olan şəxslərdən 18 faizi işsizdir və bu vəziyyətlə bağlı bir tədbir alınmalıdır”. Bu barədə GAMAC təşkilatının rəsmi saytında məlumat yayılıb.

Məsud Babayi, Qəzvin valisinin sədrliyi ilə yatırım və məşğulluq mövzusunda keçirilən iclasda deyib ki, “insanların vasitə işlərə üz tutması istehsala mənfi təsir edir və bu barədə yeni proqramlara ehtiyac var.”

İşsizlik səviyyəsinin qadınlar arasında kişilərdən daha çox olduğunu diqqətə çatdıran Babayi əlavə edib ki, Qəzvin vilayətində ali təhsilli şəxslər arasında işsizliyin ümumi səviyyəsi 18.9 faizdir.

M.Babayi ölkə üzrə ali təhsilli şəxslərin işsizlik probleminə də işarə edib: “11.2 milyon nəfər ali təhsilli vəya ali təhsil almaqda olan vətəndaşdan 5.7 milyon nəfər qeyri-fəal və 1.2 milyon nəfər işsizdir. Onlardan yalnız 4.4 milyon nəfəri işlə təmin olunub.”
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed