Şrift:
Mətanət Əliyeva: - Heç vaxt dəyişməyəcək işğalçı və simasız erməni xisləti
20.07.2015 [12:19] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
“Rustavi-2” televiziya kanalının yaydığı məlumata görə, Ermənistan sərhədçiləri bir neçə gün əvvəl dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə doğru irəliləyib və yeni sərhəd zolağı müəyyən ediblər.

Nəticədə 10 hektardan çox Gürcüstan ərazisi ermənilər tərəfindən zəbt olunub. Məlumatda bildirilir ki, Gürcüstanın Ermənistanla sərhəd Sazakənd kəndinin 15 hektar ərazisi hazırda ermənilərin nəzarətindədir.

Telekanal yerli sakinlərə istinadən xəbər verir ki, ermənilərin belə təxribatçı hərəkətləri birinci dəfə deyil baş verir. Bundan əvvəl də ermənilər müxtəlif bölgələrdə sərhəd xəttini irəli çəkərək Gürcüstan ərazilərini zəbt ediblər. Lakin bu, “ən böyük addım”dır - 15 hektar.
Əvvəllər sərhəd xətti kənddən xeyli aralı olub. Amma indi sərhəd xətti onların evlərinin yanından keçir. Hazırda yerli hakimiyyət orqanları problemi həll etmək istiqamətində çalışsalar da, yaranan situasiya aradan hələ də qaldırılmayıb. Yəni, gürcü torpaqları erməni işğalı altındadır...

Bu, bir işğal faktının baş verməsidir. Bir dövlətin toxunulmaz ərazisinin, torpaqlarının digər bir dövlətin gücləri tərəfindən işğal olunması hadisəsidir. Haqsız, səbəbsiz, göz görə-görə günün günorta çağı bir dövlətin başqa bir dövlətə qarşı meydan oxumasıdır. Əsrlərdir dəyişməyən erməni xisləti hər zaman yürütdüyü məkrli "siyasəti" ilə yenə də qonşularının ərqazilərinə göz dikərək xülyalarında gördükləri o "böyük dövləti"ni qurmağa çalışır. Sabah gürcülər ayağa qalxıb torpaqlarında baş verənləri düzəltməyə, həll etməyə çalışanda hay-haray salıb, şüvən qoparacaqlar ki, ay amandı, bəs gürcülər zor tətbiq edərək ermənilərin qədim ata-baba torpaqlarını zəbt edirlər, əllərindən alırlar. Yəni, tam bir erməni simasızlığı, həyasızlığı və məkrli işğalçı xislətiylə...

Adam utanmasa, bunların adlarını, tərbiyəsizliklərini, gerçək kimliklərini adıyla söyləyərdi. Amma nə yazıq ki, insanın tərbiyəsi buna yol vermir. Nə isə...

Bu gün gürcü torpağına soxulan erməni hədyanlığı vaxt vardı ki, bizim dədə-baba yurdlarımıza da - indiki Ermənistan Respublikasının ərazisi olan Zəngəzur torpaqlarına da soxulmuşdu. Kəndbəkənd, qarışbaqarış həm də...Sonra da "mənim torpağımdır" deyib həyasızcasına soydaşlarımızı minbir işğəncələrlə o topraqlardan çıxardılar, qovdular...Sonra da o torpaqlar oldu Ermənistan Respublikasının ərazisi...

İllər, əsrlər dəyişir... Axan zamanın tempiylə də çox şey dəyişir. Amma ermənilərin işğalçı və simasız xisləti dəyişmir ki, dəyişmir. Çünki bu, onların binədövrdən seçdikləri iyrənc mövcudluq yolları, yaşamaları üçün "strategiyaları"dır. Çünki bununla ayaqda qalırlar, bununla yaşayırlar, bununla nəfəs alırlar. Sivil millətlər, xalqlar kimi normal şəkildə yaşaya, inkişaf edə və ya ən sadə dillə desək, mövcud ola bilmirlər. Çünki ermənilər hec bir zaman mövcudluqlarının yalnız oğurlamaqda, yağmalamaqda, talan etməkdə, dağıtmaqda, yalan üzərində qurulan məkrli siyasətdə olduğu məntiqindən xilas ola bilmirlər...
Bu xəbər oxucular tərəfindən 1260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed